Ölkə

Bakıda Çexiya Respublikasınin viza mərkəzinin açılışı olub

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

 


“Demirçi Plaza” otelində Çexiya Respublikasının viza mərkəzinin açılış mərasimi olub.


AZƏRTAC

xəbər verir ki, tədbirdə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka iştirak edib. Tədbirdə çıxış edən səfir deyib ki, mərkəzin açılması Çexiyaya getməyi planlaşdıran Azərbaycan vətəndaşlarının viza almaq üçün ərizə verməsi prosesini asanlaşdırmağa kömək göstərəcək.


Səfir qeyd edib ki, keçən il vətəndaşlarımız üçün 8,5 min viza verilib. Onun fikrincə, bu mərkəzin açılması viza verilməsi prosedurunu asanlaşdıracaq və nəticədə Çexiyaya gedən Azərbaycan turistlərinin sayının artmasına gətirib çıxaracaq.


Mərkəzə “VFS.Global” şirkəti xidmət göstərəcəkdir. Burada yalnız qısamüddətli Şengen vizalarının verilməsi üçün sənədlər qəbul olunacaq.