Digər
Bakıda böyük ticarət mərkəzlərindən birində dəm qazından kütləvi zəhərlənmə olub
[ 12 Aprel 2015 16:25 ]
Bakı. Hafiz Heydərov - APA. Bakıda böyük ticarət mərkəzlərindən birində kütləvi zəhərlənmə olub.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 12-də “Metropark” Ticarət Mərkəzində qeydə alınıb.
Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.
15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.
Zərərçəkənlərin sayının artacağı gözlənilir.