Digər
Milli.Az
Bakıda bir gecədə 15-dən çox "Milli Ön" terminalını yardılar
Cinayəti törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir
Bakının Yasamal və Nəsimi rayonlarında bir gecədə 15-dən çox "Milli Ön" terminalından oğurluq edilib.
Report-un məlumatına görə, gecə yarısı "Milli Ön" məntəqələrinə hücum edən cinayətkarlar külli miqdarda pul mənimsəyərək aparatları yararsız vəziyyətə salıblar. Artıq hadisə ilə bağlı Yasamal və Nəsimi rayon polis idarələrində əməliyyat-istintaq qrupu yaradılıb.
Cinayəti törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.
Milli.Az