Ölkə
ANS PRESS
Bakıda binanın zirzəmisi hovuza döndü
Bakıda binanın içərisində insan yaşayan zirzəmisini su basdı.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı “112” qaynar telefon xəttinə daxil olub. Bu müraciətə əsasən, Bakı şəhəri, Binəqədi rayonunda magistral su kəmərinin partlaması nəticəsində çoxmənzilli yaşayış binasının zirzəmisinə 1 metr hündürlüyündə su dolub.
Həmin binanın zirzəmisində özünə yaşayış sahəsi yaratmış vətəndaş çıxmaq iqtidarında olmayıb.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər zirzəminin qapısını açıb və vətəndaşı xilas ediblər.
MənbəANS PRESS