Digər

Bakıda baş verən yol qəzasında ölən üç nəfərin adı məlum olub

Metbuat.az

[ 18 Aprel 2015 10:16 ]


Bakı. Fuad Cəfərov - APA. Bakıda baş verən yol qəzasında ölən şəxslərin kimliyi müəyyənləşib.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sürücüsü məlum olmayan “Lifan” markalı avtomobilin qəzaya uğraması nəticəsində avtomobildə olan Bakı şəhər sakinləri, 1954-cü il təvəllüdlü Akif Səlim oğlu Səlimov, 1990-cı il təvəllüdlü Zaur Sərvər oğlu Əmirov və onun əmisi oğlu, 1985-ci il təvəllüdlü Anar Sərdar oğlu Əmirov hadisə yerində ölüblər.

Qeyd edək ki, ötən gün Ziya Bünyadov prospektində “Lifan” markalı avtomobil işıq dirəyinə çırpılıb.