Bakıda avtomobil maneəyə çırpılıb, 1 nəfər ölüb
Baş Dövlət Yol Polisi İdarəsindən
APA-ya verilən məlumata görə, Qaradağ rayonu ərazisində 1983-cü il təvəllüdlü
Fərid Əlifağa oğlu İbadovidarə etdiyi “Hyundai” markalı avtomobili yol kənarında olan maneəyə çırpıb. Nəticədə F. İbadov xəstəxanaya yerləşdirilsə də, onu həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi də həmin yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər “Hyundai” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Milli.Az