Digər

Bakıda avtobus öz sürücüsünü öldürdü

Metbuat.az
Bakının Maştağa qəsəbə sakini bədbəxt hadisə nəticəsində ölüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

Trend

-ə verilən məlumata görə, aprelin 1-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini

Vidadi Əlimanov

özünə məxsus “Mercedes” markalı avtobusun qabaq şüşəsini silərkən avtobus hərəkətə gəlib.



Nəticədə V.Əlimanov avtobusla hasarın arasında qalaraq ölüb.



Faktla bağlı araşdırma aparılır.



Milli.Az