Digər
Bakıda arvadını üç uşağının gözü qarşısında öldürən tutuldu
Bakının Binəqədi rayonunda arvadını bıçaqlayan şəxs saxlanılıb.
Milli.Az "Report"a istinadən bildirir ki, 26 yaşlı Lənkəran rayon sakini Elçin Elxan oğlu Babayev tutularaq istintaqa təqdim olunub.
O, həyat yoldaşı Gülər Vəliəhd qızı Bayramovanı bıçaqlamaqda şübhəli bilinir.
Hadisə ilə bağlı E.Babayev barəsində cinayət işi başlanılıb. Saxlanılan şəxs həyat yoldaşını qısqanclıq səbəbindən bıçaqladığını bildirib.
Qeyd edək ki, bıçaqlanan G.Bayramova və saxlanılan E.Babayevin birgə nikahından üç azyaşlı uşaqları var. Hadisə də məhz uşaqların gözü önündə baş verib.
Milli.Az