Ölkə

Bakıda aksiya keçirildi (FOTO)

Metbuat.az

Bakının Nərimanov rayonunda bir qrup fəhlə etiraz aksiyası keçirib.



Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.



Tikinti şirkətlərindən birində çalışan fəhlələr bir neçə aydır məvacib ala bilmədiklərindən şikayətləniblər. Fəhlələrin sözlərinə görə, 3-4 aydır çalışsalar da, aylıq maaş verilməyib. Dəfələrlə tikinti şirkətinin rəhbərliyinə müraciət etsələr də, heç bir nəticə olmayıb.



Fəhlələrə yaxın vaxtlarda maaş veriləcəyi deyilsə də, vəziyyət dəyişməyib.



Polislər etiraz edən fəhlələrlə danışıqlar aparıblar. Sonradan tikinti şirkətinin rəsmiləri də fəhlələrlə görüşüb. Onlara vəd verilib ki, bütün problemlər qısa müddət ərzində həll olunacaq. Qarşılıqlı razılaşma əsasında fəhlələr işlərinə qayıdıb.



ANS PRESS haqqin.az saytına istinadən hadisə yerindən fotoları təqdim edir:











Mənbə
ANS PRESS