Digər

Bakıda ailə dramı: ərini ölümdən almaq istəyən qadın ürəyindən vuruldu

Metbuat.az

Bu gün səhər saat 10 radələrində Bakının Binəqədi rayonunda ər arvadını güllələyib.



Binəqədi Rayon Polis İdarəsindən

anspress

-ə verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.



Qəsəbə ərazisində yaşayan 65 yaşlı, kimliyi məlum olmayan kişi həyat yoldaşı 60 yaşlı

Heyran Məmmədova

nı ov silahı ilə güllələyib.



Güllə yarası alan qadın hadisə yerində keçinib.



Hadisəni törədən kişinin ayaqları yoxdur. Hadisənin baş vermə səbəblərinə gəlincə, kişi intihar etmək istəyib. O, ov silahı ilə özünü güllələmək istəyən zamanı arvadı ona mane olmağa çalışıb. Qadın silahın lüləsindən tutub çəkmək istəyərkən atəş açılıb.



Nəticədə qadın ürəyindən güllə yarası alıb.



Faktla bağlı araşdırma aparılır.



Milli.Az