Ölkə

Bakıda 9 il əvvəl itkin düşən kişi tapıldı

Metbuat.az

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində 4 həftə əvvəl tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.



ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Qaradağ rayon Polis İdarəsi 11-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.



Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Ələt qəsəbəsi ərazisində tapılmış meyitin 2006-cı ilin iyun ayında itkin düşmüş Sabirabad rayon sakini Mərifət İsmayılov olması müəyyən edilib.



Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə
ANS PRESS