Ölkə

Bakıda 86 yaşlı kişi yanıb öldü

Metbuat.az

Bakıda evdə yanğın olub.



ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda 1929-cu il təvəllüdlü Yeqorov Aleksandr Konstatinoviçə məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.



Yanğın zamanı ev sahibi A.K.Yeqorovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.



Evin qalan hissəsi yanğından mühafizə olunub.



Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mənbə
ANS PRESS