Digər

Bakıda 42 yaşlı kişi bacısı qızını qətlə yetirib

Metbuat.az

[ 17 Aprel 2015 16:49 ]


19 yaşlı qız ailə münaqişəsi zəminində öldürülüb

Bakı. Fuad Cəfərov – APA. Azərbaycan paytaxtında qətl hadisəsi törədilib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Buzovna qəsəbəsində, Naxçivani küçəsi, ev 13 də qeydə alınıb.

Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Namiq Aslanov ailə münaqişəsi zəminində bacısı qızı 1996-cı il təvəllüdlü Məlikli Nigar Şikar qızı Məliklini bıçaqlayaraq qətlə yetirib. N. Aslanov hadisəni törətdikdən sonra qaçıb.

Hazırda polis onun tutulması istiqamətində tədbirləri davam etdirir.