Digər

Bakıda 36 yaşlı kişi intihara cəhd edib

Metbuat.az

[ 08 Aprel 2015 11:33 ]



Bakı. Hafiz Heydərov – APA. Bakıda intihara cəhd olub.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə səhər saatlarında Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Ramin Mahir oğlu Hüseynov 9 mərtəbəli binanın damına çıxaraq intihara cəhd edib. Həyata keçirilən tədbirlər nəticəsində onu fikrindən daşındırmaq mümkün olub.

Hazırda R. Hüseynovun intihara cəhd etməsinin səbəbləri araşdırılır.