Bakı Slavyan Universiteti yeni layihəyə başlayıb
Bakı, 9 aprel,
AZƏRTACBakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev sosial məsələlər və tələbələrlə iş üzrə rektor müşavirliyi xidməti ilə geniş iclas keçirib.
BSU-dan
AZƏRTAC-a bildirilib ki, iclasda bir çox layihələr, eləcə də görüləcək işlərin müvafiq planlar üzrə həyata keçirilməsi məsələsi müzakirə edilib.
Bildirilib ki, sosial məsələlər və tələbələrlə iş üzrə müşavirlik xidməti artıq “Öyrənərək öyrədək” layihəsinə start verib. Layihə çərçivəsində tələbələr müvafiq dilləri bilməyən digər tələbələrə kurs keçərək onları maarifləndirir. Rus dilinin qrammatikası və sərbəst danışığı öyrənən gənclərə sonda sertifikatlar veriləcək. Könüllü kimi fəaliyyət göstərən təlimçi tələbələr də bu təşəbbüslərinə görə təşəkkürnamə ilə mükafatlandırılacaqlar.
Qeyd edək ki, həyata keçirildiyi ilk gündən layihəyə 40-dan çox tələbə qoşulub. Layihənin daha da genişləndirilməsi nəzərdə tutulur.