Ölkə

Bakı şəhəri üzrə birinci sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə elektron qeydiyyat başa çatır

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

Ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2015-ci il martın 5-dən aparılır. Bu proses sentyabrın 15-dək davam edəcək.


Bakı şəhəri üzrə birinci sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat isə martın 15-dən həyata keçirilir. Elektron qeydiyyat aprelin 15-də başa çatacaq.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən

AZƏRTAC

-a bildiriblər ki, seçim üçün müsabiqələr (imtahanlar) aprel-may aylarında həyata keçiriləcək. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.