Sosial
ANS PRESS
Bakı sakininindən xeyli miqdarda heroin götürüldü
Bakı şəhər sakinindən xeyli miqdarda heroin götürülüb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Çevik Polis Alayı və Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Surac Əliyevdən 320,5 qram heroin götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
MənbəANS PRESS