Digər
Bakı sakinindən narkotik vasitə götürülüb
[ 18 Aprel 2015 15:18 ]
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinindən narkotik vasitə götürülüb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1956-cı il təvəllüdlü Mehman Alış oğlu Alışovdan 305,170 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.