Ölkə

Bakı sakini zəhərlənib öldü

Metbuat.az

Bakı sakini zəhərlənərək dünyasını dəyişib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 21-də Nəsimi rayonu ərazisində yaşayan Bakı şəhər sakini İlqar Bağırov sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və həmin gün orada ölüb.

Araşdırmalar aparılır.