Digər

Bakı sakini motosikleti aşıraraq ölüb

Metbuat.az

Bakı şəhər sakini Gədəbəydə yol qəzasında ölüb.


 


APA

-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 20-də saat 13 radələrində Gədəbəy rayonunun Nərimankənd kəndində Bakı şəhər sakini

Əziz Əsgərov

idarə etdiyi “Yamaha” markalı dövlət qeydiyyat nişanları olmayan motosikleti aşırıb. Nəticədə Ə.Əsgərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


 


Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Milli.Az