Digər
Milli.Az
Bakı sakini güllələnərək öldürüldü
Qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil
Bakının Pirallahı qəsəbəsində ölümlə nəticələnən güllələnmə hadisəsi bş verib. Qəsəbənin “Xasaxuna bağları” adlanan ərazisində yaşayan
Şahverdiyev Zəfər Çıraq oğlugüllələnib. Qarın nahiyəsindən ağır yaralanan Zəfər Şahverdiyev qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılan zaman yolda keçinib.
Milli.Az-ın
anspress-ə istinadən məlumatına görə, hadisədən sonra bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə cəlb olunan polis əməkdaşları araşdırmalara başlayıblar. Hələlik qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.
Hadisə ilə bağlı Pirallahı polis şöbəsində başlanan araşdırmalardan sonra isə qətlin təfərrüatlarına aydınlıq gətriləcək.
Milli.Az