Digər

Bakı-Qazax yolunda ağır qəza: 3 yaralı

Metbuat.az

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən bildirir ki, Göygöldə avtoqəzada 3 nəfər ağır yaralanıb.



Hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonunun Hacıməlik kəndindən keçən hissəsində, Zazalı postuna yaxın ərazidə baş verib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, 61 yaşlı

Telli İbrahimova

, 37 yaşlı

Nərgiz İlyasova

və  30 yaşlı

Amid İbrahimov

Təcili Tibbi Yardım Xəstəxanasının avtomobili ilə xəstəxananın travmatologiya şöbəsinə gətiriliblər. Yaralıların hər üçü Göygöl rayon Hacıməlik kənd sakinləridir. Onlara ilkin tibbi yardım göstərilib. Telli İbrahimovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Şahidlərin sözlərinə görə,  “VAZ 21015” markalı avtomobil hərəkətdə olarkən qəfildən “KamAZ” markalı yük avtomobili dönmə əməliyyatı edib və "VAZ" arxadan ona çırpılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.



Milli.Az