Ölkə
www.bakimektebleri.edu.az
Bakı məktəblərinin saytları istifadəyə verilir
Bakı, 6 aprel,
AZƏRTACBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ictimaiyyətin ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanlarının genişləndirilməsi məqsədi ilə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların vahid formada saytlarını istifadəyə verir.
BŞTİ-dən
AZƏRTAC-a bildiriblər ki, saytlar vasitəsilə məktəbin nailiyyətləri, rəhbərlik və pedaqoji kollektiv haqqında, təhsil müəssisələrində baş verən yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür.
www.bakimektebleri.edu.az
portalına daxil olmaqla ayrı-ayrı məktəblərin saytları ilə tanış olmaq mümkündür.