Ölkə

Bakı Dövlət Universitetində TEMPUS layihəsi çərçivəsində psixoloji seminar

Metbuat.az

Bakı, 8 aprel,

AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) TEMPUS layihəsi çərçivəsində “Panik atak” mövzusunda növbəti psixoloji seminar keçirilib.


BDU-dan

AZƏRTAC

-a bildirilib ki, tədbir universitetin tələbə həmkarlar ittifaqı komitəsinin (THİK) “Psixologiya klubu” tərəfindən təşkil edilib.


THİK sədrinin müavini Azərpaşa Hüseynli BDU-da mütəmadi olaraq müxtəlif seminarların keçirildiyini, tələbələrin bu tədbirlərə böyük maraq göstərdiklərini söyləyib. Qeyd olunub ki, universitetdə gəncləri maraqlandıran mövzulara dair tədbirlərin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur.


“Psixologiya klubu”nun rəhbəri Çinarə Teymurzadə klubun fəaliyyəti və gələcək planları barədə məlumat verib, tələbələri fəal olmağa, öz təşəbbüsləri ilə çıxış etməyə çağırıb.


Sonra psixoterapevt Şəbnəm Sadıqova tələbələrə “Panik atak” mövzusunda seminar keçib. O, panik atak, onun əlamətləri və meydana gəlməsi barədə ətraflı məlumat verib. Təlimçi xüsusi hazırlanmış slayd vasitəsilə tələbələrə panik atak zamanı nə etməli olduqlarını izah edib, mövzu ilə bağlı sualları cavablandırıb.