“Bakı 2015- ilk Avropa Oyunlarının könüllüləri” layihəsi çərçivəsində növbəti təlim
“Bizim Gənclik” İctimai Birliyinin (İB) reallaşdırdığı “Bakı 2015 – ilk Avropa Oyunlarının könüllüləri” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunur.
İB-nin mətbuat xidmətindən verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycanda beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün könüllülərin hazırlanmasından ibarətdir. Layihə könüllü olmaq üçün vacib sayılan iki əsas istiqamət üzrə fəaliyyət göstərir. Birinci - könüllü olmaq istəyən hər bir gənc üçün vacib sayılan dil biliyinin inkişafı, ikinci isə təşkilati komanda üçün vacib olan komandada iş prinsiplərinin öyrədilməsi.
İngilis dilində keçirilən təlimlərin əsas mövzusu “İngilis dilində etik danışıq qaydaları” olub.
Qeyd edək ki, layihə çərçivəsində gənclərə işgüzar ingilis dili ilə yanaşı, yerli və beynəlxalq layihələrin təşkili, könüllülərin hüquq və vəzifələri mövzularını əhatə edən təlimlər da keçiriləcək.
Mənbə
AzərTac