Dünya
Bağdadda törədilən iki partlayış nəticəsində 27 nəfər ölüb
[ 17 Aprel 2015 23:27 ]
Bakı-APA. İraqın paytaxtı Bağdadda iki minalanmış avtomobilin partladılması nəticəsində azı 27 nəfər ölüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, birinci partlayış Bağdadın cənub-qərb, ikinci isə - şərq hissəsində törədilib.
Bundan əvvəl İraqın Ərbil şəhərində ABŞ konsulluğunun qarşısında törədilən partlayış nəticəsində 1 nəfər ölmüş, 5 nəfər yaralanmışdı.