Dünya

Bağdadda iki partlayış: 27 ölü

Metbuat.az

İraqın paytaxtı Bağdadda iki minalanmış avtomobilin partladılması nəticəsində azı 27 nəfər ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, birinci partlayış Bağdadın cənub-qərb, ikinci isə - şərq hissəsində törədilib.

Bundan əvvəl İraqın Ərbil şəhərində ABŞ konsulluğunun qarşısında törədilən partlayış nəticəsində 1 nəfər ölmüş, 5 nəfər yaralanmışdı.