Dünya
AZƏRTAC
Bağdadda eyni zamanda törədilən iki partlayış nəticəsində 10 nəfər həlak olub
Bakı, 14 aprel,
AZƏRTACİraqın paytaxtı Bağdad şəhərində səhər saatlarına törədilən iki partlayış nəticəsində azı 10 nəfər həlak olub, 19 nəfər isə yaralanıb. Bu barədə Əl Cəzirə televiziya kanalı məlumat yayıb.
AZƏRTAC
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hər iki partlayışda dinamitlə dolu avtomobillərdən istifadə olunub. Partlayışların paytaxtın qərb və cənub hissəsində demək olar ki, eyni anda baş verdiyi bildirilir.
Hələlik, İraqda fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.