Digər

"Azərişığ"ın işçisini cərəyan vurdu

Metbuat.az

Kanal S (Region TV) xəbər verir ki, Balakəndə bir nəfəri elektrik cərəyanı vurub. Balakənin Katex kənd sakini, 1955-ci il təvəllüdlü

Şahruddin Mollaəli oğlu Atayev

müxtəlif yanıq xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.



Ona sifətin və sol budun elektroşok travması diaqnozu qoyulub. Travmatologiya şöbəsində müalicə alan Şahruddinin vəziyyəti orta-ağır qiymətləndirilir. Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə baş verən zaman Ş. Atayev yaşadığı evdə elektrik naqillərini təmir edirmiş.



O, “Azərişıq” ASC-nin Zaqatala Rayon Paylayıcı Elektrik Şəbəkəsində montyor işləyir. Faktla bağlı araşdırma aparılır.



Milli.Az