Azərbaycanlı küllü miqdarda narkotiklə tutuldu
Rusiyadan Özbəkistana iri həcmdə heroinin və başqa narkotik vasitlər gətirən azərbaycanlı şəxs saxlanıb.
ANS PRESS-in məlumatına görə, Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirərək Azərbaycan əsilli şəxsi Krasnoyarskda iş başında ələ keçirib.
Narkotik alverçisi qarajların arasında gizlətdiyi narkotiki çıxararkən cinayət başında yaxalanıb. Narkotik alverçisindən 10 kq heroin və 3 kq həşiş götürülüb. Şübhəli şəxs Krasnoyarskda narkotiki topdan satış yolu ilə satmaq fikrində olub. Ələ keçirilən narkotikanın qiyməti təxminən 30-40 milyon rubldur.
Qeyd edək ki, saxlanılan şəxs barəsində "narkotik vasitənin qanunsuz istehsalı və satışı" maddəsi ilə cinayət işi açılıb. Narkotik alverçisi daha əvvəl də analoji cinayətdən 10 il cəza çəkib.
MənbəANS PRESS