Digər

Azərbaycanlı "detdom" uşaqlarını qəzaya saldı: 3 ölü, 10 yaralı - FOTO

Metbuat.az

Rusiyanın Leninqrad vilayətinin Boksitoqorsk rayonunda aprelin 11-də səhər saatlarında azərbaycanlı sürücü dəhşətli qəza törədib.



Virtualaz.org

saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 42 yaşlı Azərbaycan vətəndaşı

Səxavət M.

tərəfindən idarə olunan “Mercedes Sprinter” markalı mikroavtobusun TIR-la toqquşması nəticəsində sürücü də daxil olmaqla 3 nəfər ölüb, 10 nəfər ağır yaralanıb.



Xəbərlərə görə, mikroavtobus uşaq evinin sakinlərini idman düşərgəsindən gətirərkən qəzaya düşüb. Ölənlərin ikisi 1999 və 1998-ci ildə anadan olmuş iki yeniyetmədir. Qəzaya səbəb sürücünün ikinci dərəcəli yoldan baş yola çıxarkən qaydanı pozması olub. Mikroavtobus sürətlə hərəkət edən TIR-la toqquşub. Toqquşmadan mikroavtobus aşıb, TIR isə yolun kənarına çıxıb.



Yaralılardan 9-u uşaq evinin sakinləri, 1-i isə uşaq evinin nümayəndə heyətini müşayiət edən işçidir. Yaralıları hadisə yerindən Peterburq şəhər xəstəxanasına daşımaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən iki  xüsusi vertolyot ayrılıb. Qəzada yaralanan səkkiz yeniyetmənin vertolyotlarla xəstəxanaya daşındığı bildirilir. Onların vəziyyətinin orta ağır olduğu deyilir.






Milli.Az