Ölkə

Azərbaycanlı deputatlar Səudiyyə Ərəbistanına səfər edəcəklər

Metbuat.az

Bakı. 11 aprel. REPORT.AZ/

Milli Məclis

in deputatları Fəttah Heydərov, Bəxtiyar Əliyev, Mahir Aslanov və Qalib Salahzadə aprelin 11-dən 17-dək Səudiyyə Ərəbistanı Krallığında səfərdə olacaqlar. Bu barədə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib.


Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə həyata keçiriləcək səfər çərçivəsində bu ölkənin parlament rəhbərliyi, parlamentlərarası dostluq qrupunun üzvləri, Ticarət və Sənaye Nazirliyinin məsul şəxsləri, Ər-riyad şəhərinin qubernatoru, Elm və texnologiyalar şəhərciyinin elm xadimləri və digər şəxslərlə görüşlər nəzərdə tutulub.


Keçiriləcək görüşlərdə parlamentlərarası münasibətlərin inkişafı, mədəniyyət, elm və texnologiyalar sahələrində əməkdaşlıq barədə müzakirələr aparılacaq.