Ölkə

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun mühafizəsi gücləndirilib

Metbuat.az

Bakı. 22 aprel. REPORT.AZ/ Ermənistan vətəndaşı tərəfindən azərbaycanlının qətlə yetirməsindən sonra Yekaterinburqun dövlət orqanları və Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu diplomatik missiyanın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər həyata keçirir. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Azərbaycanın baş konsulluğu öz ərazisində polis mühafizəsinin gücləndirilməsini xahiş edib və binaya bitişik dayanacaqdan avtomobillərin götürülməsini tələb edib. 


Yekaterinburq meriyası aprelin 24-də "erməni soyqırımın" 100-cü ildönümünə həsr olunan "Dinc yürüşü" qadağan edib.


Xatırladaq ki, aprelin 19-da Yekaterinburq kafelərindən birində 27 yaşlı azərbaycanlı Emil Hüseynov qətlə yetirilib. Cinayətdə şübhəli bilinən Ermənistan vətəndaşı, hazırda Yekaterinburqda yaşayan 23 yaşlı qarışıq döyüş növləri üzrə idmançı Tiqran Çiçakyan saxlanılıb.