Ölkə

Azərbaycanın xarici işlər naziri Qazaxıstanın yeni təyin olunmuş səfirini qəbul edib

Metbuat.az

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri

Elmar Məmmədyarov

Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Beybit İsabayevi qəbul edib. 


XİN-dən "Reporta"a verilən məlumata görə, görüşdə səfir Beybit İsabayev etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.


Səfir Beybit İsabayev diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.


Nazir Elmar Məmmədyarov səfir Beybit İsabayevə diplomatik fəaliyyətində uğurlar arzu edib.