Sosial
APA
Milli.Az
Azərbaycanın şimalında yaşayanlara sürpriz
Şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb.
APA
-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Xınalıq kəndinə 10 sm, Qrız yaşayış məntəqəsinə 10 sm, Qonaqkənd, Nohurdüzü, Rük və Susaya isə 3-4 sm qar düşüb. Qusar rayonunun Ləzə kəndində də 3 sm qalınlığında qar qeydə alınıb.
Quba Regional Hidrometeorologiya Mərkəzindən APA-ya verilən məlumata görə, temperatur bəzi yaşayış məntəqələrində mənfi 3-4 dərəcəyə düşüb.
Yağıntılı hava şəraiti aprelin 14-dək davam edəcək.
Milli.Az