Digər
Azərbaycanın qızıl yataqlarının atlası çap olunub
[ 03 Aprel 2015 16:55 ]
Bakı. Fərid Mirzəyev - APA. Azərbaycandakı qızıl yataqlarının atlası hazırlanaraq çap olunub.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
İ. İbrahimovanın sözlərinə görə, atlas “Azərbaycanın qızıl yataqlarının atlası” adı altında nəşr olunub: “Yeni kəşf olunmuş qızıl yataqları da atlasa daxil olunub. Ümumiyyətlə, ölkədəki bütün qızıl yataqları atlasa salınaraq çap olunub”.