Ölkə
Azərbaycanın Ombudsmanı: "Ermənilərin əsas xüsusiyyəti həqiqətə dözümsüzlükdür"
Bakı. 10 aprel. REPORT.AZ "Ermənilərin qondarma soyqırımla bağlı apardıqları kampaniya sənədlərlə təkzib olunur". "Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (
Ombudsman) Elmira Süleymanova "Saxta erməni soyqırımı: uydurma və gerçəklik" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Müvəkkilin sözlərinə görə, ermənilərin əsas xüsusiyyəti həqiqətə dözümsüzlükdür: "Hər birimizin borcu saxtakarlığa qarşı səsimizi qaldırmaqdır. Onlar o dərəcədə quduzlaşıblar ki, öz qapısında oynayan uşağı snayperlə vurub öldürürlər. Ermənilər hara gedirlərsə, ora da sahiblənirlər. Ona görə də hər bir ölkədə erməninin nümayəndəsi mütləq var".