Ölkə

Azərbaycanın müdafiə naziri Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisini qəbul edib

Metbuat.az

Bakı. 11 aprel. REPORt.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik

Zakir Həsənov

Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Mehmet Daysalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 


Bu barədə "Report"a Azərbaycan 

Müdafiə Nazirliyi

nin mətbuat xidmətindən məlumat verilib.  


Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi müzakirə edilib.


Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.


Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycanda hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.