İdman

Azərbaycanın iki boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi boks turniri davam edir.


AZƏRTAC

xəbər verir ki, yarışın ikinci günündə Hacı Dilbazov (75 kq) turnirdə ilk qələbəsini qazanıb. Boksçumuz litvalı Tadaş Sakoçiusu üstələyib. Millimizin üzvü növbəti mərhələdə rusiyalı Tulpar Atayev ilə üz-üzə gələcək. Turnirdə 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Samir Hüseynli də komanda yoldaşının uğurunu davam etdirib. S.Hüseynli Rusiya idmançısı İqor Yeqorovu məğlub edib. Boksçumuzun növbəti rəqibi qazaxıstanlı Saken Biboşinov olacaq.


Yarışa aprelin 3-də yekun vurulacaq.