İdman

Azərbaycanın futbol komandası Qazaxıstanı böyük hesabla məğlub etdi

Metbuat.az

Bakı, 11 aprel,

AZƏRTAC

Aprelin 11-də Bakıda 16 yaşadək futbolçulardan ibarət komandaların iştirakı ilə UEFA-nın inkişaf turniri başlayıb.


AZƏRTAC

xəbər verir ki, turnirdə müvafiq yaş qrupuna aid Azərbaycan, Qazaxıstan, Yunanıstan və Gürcüstan milliləri iştirak edir.


“Bayıl stadionu”nda ilk oyunda Qazaxıstanla qarşılaşan Azərbaycan yığması rəqibini 4:0 hesabı ilə məğlub edib.


Komandamız aprelin 12-də Gürcüstan millisi ilə görüşəcək.