Ölkə

Azərbaycanın Biləsuvar rayonunda zəlzələ olub

Metbuat.az

Bakı, 6 aprel,

AZƏRTAC

Aprelin 5-də yerli vaxtla saat 13.35-də Cəlilabaddan 33 km şimal-qərbdə, Biləsuvar rayonunda yeraltı təkanlar qeydə alınıb.


AZƏRTAC

Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar Biləsuvar rayonunda 25 km dərinlikdə baş verib.


Maqnitudası 3 bal gücündə olan zəlzələ hiss olunmayıb.


Qeyd edək ki, sonuncu dəfə martın 30-da Şamaxı rayonunda zəlzələ baş vermişdi.