Ölkə
Azərbaycanda tibb bacısılarına çavuş hərbi rütbəsi verilib
Bakı. 15 aprel. REPORT.AZ/ Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranması günü münasibəti ilə tibb müəssisəsində tədbir keçirilib.
Müdafiə Nazirliyindən "Report"a verilən xəbərə görə, tədbirdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor
Natiq Əliyevçıxış edib.
Tibb xidməti zabitləri Vaqif İbrahimov, Eldar Əliyev, Asif Qurbanov, Firudin Qarabəyov və başqaları isə çıxışlarında hospitalın şəxsi heyətini təbrik ediblər.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsi və Baş Klinik Hospitalın rəislərinin əmrləri ilə bir qrup zabitə təşəkkür elan edilib, fəxri fərmanlar təqdim olunub. Bir neçə tibb bacısına isə çavuş hərbi rütbəsi verilib.
Sonda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranma tarixindən və inkişaf yolundan bəhs edən film nümayiş etdirilib.