Azərbaycanda Pasxa bayramından reportaj (FOTO)
Azərbaycanda yaşayan pravoslav xristianlar Pasxa bayramını qeyd edir.
ANS PRESS-in məlumatına görə, Bakıda yaşayan pravoslavlar bu gün axşam saatlarından paytaxtdakı kilsələrdə toplaşıb.
Bu gün təxminən axşam saat 10 radələrindən insanlar Rus Pravoslav Kilsəsinə gəlməyə başladı. Mərasim səhər saatlarına qədər davam edəcək.
Kilsədə müxtəlif dini ayinləri icra edən pravoslavlar bayramı qeyd etmək üçün kuliç, rulet varuşka və digər məşhur Pasxa şirniyyatı hazırlayıblar. Bayramı qeyd edənlər arasında azərbaycanlılar da var idi.
Kilsəyə gələnlər dualar edir, Tanrıdan günahlarının bağışlanmasını diləyirlər.
Qeyd edək ki, Pasxa bayramı İsa Peyğəmbərin yenidən həyata qayıtmasına həsr edilib. Və bu hadisə xristian dininin başlanğıcı və məzmunudur. İsa Məsihin çarmıxa çəkildiyi xaçdan azad edildiyi gün kimi qəbul olunan Pasxa xristianlara günahlardan təmizlənmə vəd edir. Bu gündə insanlar ölümə qalib gəlmələrini, dünyanın və qəlblərinin yeniləşməsini bayram edir və digərləri ilə bunları bölüşürlər.
Pasxa bayramı pravoslavlar arsında daha geniş qeyd edilir.
ANS PRESS