Digər
Milli.Az
Azərbaycanda növbəti irimiqyaslı əməliyyat-taktiki təlimləri keçirilir - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab
İlham Əliyevin tapşırığına əsasən, təlimlər keçirilən bölgədə olan müdafiə naziri general-polkovnik
Zakir Həsənovsəhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub və onların hazırlıq səviyyəsini yoxlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Trend-ə bildiriblər ki, Müdafiə Nazirliyinin rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıblar.
Təlimlər davam edir.
Milli.Az