Ölkə

Azərbaycanda nazirliklərdən birinin regional idarələri ləğv olunur

Metbuat.az

Bakı. 16 aprel. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında" 2002-ci il 20 sentyabr tarixli 146 saylı qərarını ləğv edib.


"Report"un xəbərinə görə, bu barədə qərarı baş nazir

Artur Rasi-zadə

imzalayıb. Qərarla nazirliyin regional idarələri ləğv olunur. Qərar bu il iyunun 1-dən qüvvəyə minəcək.


Qeyd edək ki, hazırda 

Kənd Təsərrüfatı Nazirliyi

nin Azərbaycanın doqquz regionunda regional idarələri mövcuddur.


İyunun 1-dən isə nazirliyin hər bir rayonda yerli kənd təsərrüfat idarələri fəaliyyətə başlayacaq.