Ölkə

Azərbaycanda məktəblilərinin fənn olimpiadasının qaliblərinin mükafatlandırılıb

Metbuat.az

Bakı. 20 aprel. REPORT.AZ/ Respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


"Report" xəbər verir ki, tədbirdə təhsil naziri

Mikayıl Cabbarov

, ali məktəb rektorları, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, təhsil ekspertləri, məktəb direktorları, qabaqcıl müəllimlər, valideynlər, şagirdlər və media nümayəndələri iştirak ediblər.


Tədbirdə təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil məktəblərinin şagirdləri arasında respublika fənn olimpiadasının keçirilməsini onların müxtəlif fənlərə marağının artırılması, istedadlı məktəblilərin aşkara çıxarılması baxımından yüksək dəyərləndirib. Nazir "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın istedadlı uşaqların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirdiyini vurğulayıb: "Sevindirici haldır ki, olimpiadada 23 bölgədən gələn şagirdlər gəlib. Bu il tədbirdə 22 min şagird iştirak edib ki, bu da ötən ilə nisbətən 4 dəfə çoxdur. Eyni zamanda qızıl medal qazanan 14 şagirdimiz də bu olimpiada öz biliklərini sınayıblar".


M. Cabbarov onu da qeyd edib ki, bu il Azərbaycanda yarış və olimpiadaların keçirilməsi ilidir: "Bildiyiniz kimi iyun ayında Bakıda I Avropa Oyunları reallaşacaq ki, bu da tariximizdə bir ilk olacaq. Həmçinin, gələn ay ölkədə beynəlxalq dünya kimya olimpiadası keçiriləcək. Bu da Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə baş tutacaq". 


Nazir qaliblər arasından beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlərin seçiləcəyinə diqqət çəkib. 


Sonda Respublika fənn olimpiadalarının final mərhələsində I, II və III yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub,

Təhsil Nazirliyi

tərəfindən qaliblərə qiymətli hədiyyələr təqdim edilib.


Qeyd edək ki, Respublika fənn olimpiadalarında bu il ilk dəfə olaraq, iştirakçılar arasından hər fənn üzrə "birincilərin birincisi" nominasıyası üzrə qalib müəyyənləşdirilib və olimpiada fənnləri sırasına coğrafiya da əlavə olunub. Eləcə də, əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları ilkin mərhələdə açıq şəkildə deyil, test sınağı formasında tətbiq olunub.