Digər

Azərbaycanda hava limanının rəisi vəzifədən azad edildi

Metbuat.az
Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli xidmət rəisi işdən azad olunub
“Qafqazinfo”

nun əldə etdiyi məlumata görə, dünən DSX rəisi, general-polkovnik

Elçin Quliyev

in əmri ilə Xidmətin Hava limanında Baş İdarə rəisi, polkovnik

Gündüz Bağırov

vəzifəsindən azad olunub. Onun işdən çıxarılmasına səbəb isə işində yol verdiyi qüsurlar olub. Rəisin yerinə artıq təyinat olduğu bildirilir. İşdən azad olunan polkovnikin məsələ ilə bağlı mövqeyini də öyrənməyə çalışdıq. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda məzuniyyətdədir və məsələdən xəbərsizdir.



DSX-nın mətbuat xidmətindən də “Qafqazinfo”ya bu barədə məlumatlı olmadıqlarını bildiriblər.



Əldə etdiyimiz məlumata görə, bir neçə ay əvvəl də sözügedən xidmət rəisinə komandan tərəfindən töhmət verilib.



Dövlət Sərhəd Xidmətinin Hava Limanında Xidmət Baş İdarəsinə təyinat həyata keçirilib.



“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qəbələ Hava Limanının rəisi, mayor

Babək Orucov

Dövlət Sərhəd Xidmətinin Hava Limanında Xidmət Baş İdarəsinə VİP ximdəti bölməsinin rəisi təyin olunub. Babək Orucovun dünən vəzifədən azad olunan polkovnik

Gündüz Bağırov

un vəzifəsini icra edib-etməyəcəyi bizə məlum deyil.



Milli.Az