Azərbaycanda film kimi quldurluq
Şabranda fermaya basqın edən atlılar cəmi iki hinduşka apara biliblər
Şabran rayonunda fermalardan birinə basqın edərək quldurluq edən iki nəfər tutulub.
Şabran Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini
Laçın Hacıyevin
anspress-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə aprelin 4-də gecə saat 23:30-da, rayonun Dəvəçi kəndində qeydə alınıb.
Kəndin kənarında yerləşən, 1942-ci il təvəllüdlü
Zülfi Əmrah qızı Harunovaya məxsus fermaya iki nəfər atlı girib. Onlar fermaya girərkən it hürməyə başlayıb. İtin səsinə Zülfi Harunova çölə çıxıb. Atlılardan biri tez fermanın işıqlarını söndürüb. Biri də əlində tutduğu yaba ilə qadının başına və bədəninə bir neçə ağır zərbə vurub. Qadın zərbələrin nəticəsində huşunu itirib.
Səs-küyə qonşuluqdakı fermalardan gələnləri görən atlılar qorxuya düşüblər. Onlar fermadan yalnız 2 hinduşka götürərək qaçıblar.
Qonşular ferma sahibəsini huşsuz vəziyyətdə tapıblar və onu xəstəxanaya aparıblar.
Məlumat daxil olan kimi Şabran Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat zamanı hadisəni həmin kənddən olan, 1982-ci il təvəllüdlü
İlham Əzməmməd oğlu Seyidovvə 1988-ci il təvəllüdlü
Cavad Əli oğlu Əkbərovtərəfindən törədildiyi məlum olub.
“Tərəfimizdən keçirilən əməliyyat nəticəsində İlham Seyidov və Cavad Əkbərov saxlanılıblar. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Onlardan quldurluq edərkən istifadə etdikləri yaba və hadisə yerindən onlara məxsus iri bıçaq götürülüb”, - deyə Laçın Hacıyev bildirib.
Milli.Az