Digər

Azərbaycanda ata və oğlunu elektrik cərəyanı vuraraq öldürüb

Metbuat.az

[ 02 Aprel 2015 13:10 ]



Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda üç nəfər bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 1-də Astara rayonunun Nuyabud kəndində kənd sakinləri Əflatun Həkimov və oğlu Elson, Neftçala rayonunun Qaçaqkənd kəndində isə Lənkəran rayon sakini Zöhrab Cəfərov elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Araşdırma aparılır.