Ölkə

Azərbaycanda 33 siyasi partiya illik maliyyə hesabatını MSK-ya təqdim etməyib

Metbuat.az

[ 07 Aprel 2015 16:39 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasına (MSK) 2014-cü ilin illik maliyyə hesabatını təqdim edən siyasi partiyaların adları açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə bu gün MSK katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, aprelin 1-dək 55 siyasi partiyadan yalnız 22-si illik maliyyə hesabatlarını MSK-ya təqdim edib.